“Azersun Arena”da iki qol
“Azersun Arena”da iki qol
“Qarabağ” – “Kəpəz” – 0:2
Ryonosuke Ohori, 24, Ehtiram Şahverdiyev, 55
Komandamız növbəti oyununu keçirib. “Qarabağ” Misli Premyer Liqasının XVII turunda “Kəpəz”lə qarşılaşıb.
Qış fasiləsindən sonra çempionat çərçivəsində baş tutan ilk matçımız “Azersun Arena”da keçirilib. Baş məşqçi Qurban Qurbanov aşağıdakı start “11-liy”ə şans verib: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 7. Nəriman Axundzadə, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Qarşılaşma komandamızın üstünlüyü ilə keçib. Topa daha çox nəzarət edən “Qarabağ” rəqib qapısına çoxsaylı hücumlar qurub. Lakin hesabı qonaqlar açıb. İlk yarının ortalarında Ryonosuke Ohori fərqlənib.
İkinci hissə də eyni ssenari ilə davam edib. Fasilədən az sonra qonaqlar ikinci dəfə fərqlənib. Bu dəfə Ehtiram Şahverdiyev qol sevinci yaşayıb. Oyunda dönüş yaratmağa çalışan komandamız ardıcıl hücumlar təşkil edib. Lakin hesab dəyişməyib və komandamız ev görüşündən xalsız ayrılıb – 0:2.
Qeyd edək ki, komandamız Premyer Liqada növbəti oyununu fevralın 1-də keçirəcək. XVIII turun “Qarabağ” – “Turan Tovuz” matçı “Azersun Arena”da baş tutacaq və saat 18:30-da start götürəcək.
