"AZERSUN" HOLDİNG İKİNCİ OLDU
2 İyl 2005
"AZERSUN" HOLDİNG İKİNCİ OLDU
11 may 2005-ci il tarixində başlayan və 19 may tarixində möhtəşəm açılış mərasimi keçirən TÜSİAB( Türk Sənayeci və İşadamları Beynəlxalq Cəmiyyəti) 4.Minifutbol turniri başa çatdı. Turnirə qatılan komandalardan TÜSİAB üzvü olan Asfarma, Asnaf – Alkon, Azercell Telecom, Barmek, Beta, Büyükfırat, Concord İnşaat, Master Tibot, Nobel Farma, Osmanlı, Spark Beton şirkətləri ilə yanaşı Azersun Holdingin komandası da var idi. Turnirdə oynadığı bütün oyunlarda yüksək əzmkarlıq göstərən Azersun Holdingin komandası keçirdiyi 5 oyunda (Azersun - Concord Inshaat 3 -1, Azersun - Barmek 3-3, Azersun -........15-3, Azersun - Asfarma 4-1, 1/2 final:Azersun - Osmanli Mebel 11-1) qalib gələrək finala vəsiqə qazandı. Final isə dramatikliyi ilə yadda qaldı. Əsas vaxtda tərəflərdən heç biri üstünlük qazanmadığından (2:2) əlavə vaxt oynanıldı. Bu zaman isə rəqib- Azersell Telekom -un vurduğu qol çempionu müəyyənləşdirdi. Azersun Holding isə turnirin fəxri 2-ci pilləsinə layiq görüldü.