"B" ; "C" ; "D" QRUPLARI: I TUR

single-news
12 İyn 2006

"B" ; "C" ; "D" QRUPLARI: I TUR



Dünya çempionatı həyəcanı davam edir. Artıq dörd qrupda ilk turun oyunları keçrilib və nəticələrlə tanış olun: "B" qrupu: Bu qrupda İlk görüş İngiltərə və Paraqvay milliləri arasında keçirildi. Gərgin keçən görüşdə Qamarranın avtoqolu ingilislərə çətin qələbə qazandırdı. İkinci görüşdə isə İsveç və Trinidad - Tobaqo komandaları arasında keçən görüş qolsuz bərabərliklə başa çatdı. "C" qrupu: Ölum qrupu adlandırılan bu qrupda ilk görüş Argentina və Fil dişi sahili millisi arasında keçirildi. Gözlənildiyi kimi elə ilk hissədəcə Krespo(24 dəq) və Saviolanın qolları sayəsində Argentina 2 topluq üstünlük yaxaladı. Matçın 82-ci dəqiqəsində isə Droqba hesab arasındakı fərqi azaltsa da çempionatın favoritinə qarşı bundan artığına gücü çatmadı. Digər görüşdə isə Hollandiya Serbiya və Çernaqoriya millisini minimal hesabla məğlub etdi. "D" qrupu: Bu qrupda ən maraqla gözlənilən oyun Meksika və İran milliləri arasındakı oyun idi. Çünki məhz bu ikilik arasında keçən oyunu qrup ikincisini müəyyənləşdirəcəyi baxımından vacib sayılırdı. ilk hissədə tərəflərdən hər biri bir dəfə fərqlənsə də, ikinci hissədə Meksika iki dəfə cənub qonşularımızı meydana mərkəzdən başlamağa məcbur etdi. Digər görüşdə isə, Portuqaliya Anqola millisini 1:0 hesabı ilə məğlub etdi. "F" ; "E" ; "G" qruplarının oyunları bu gün və sabah keçiriləcək.

Paylaş