BABƏK QULİYEVƏ HAKİM-İNSPEKTORUN QİYMƏTİ . . .

single-news
16 Noy 2006

BABƏK QULİYEVƏ HAKİM-İNSPEKTORUN QİYMƏTİ . . .



"Qarabağ" - "Karvan" oyununda baş verənlər oyundan sonra Hakim - İnspektorun necə qiymətləndirəcəyi böyük maraq doğururdu. Xatırladaq ki, oyunda Hakim İnspektor Füzuli Nəcəfov, AFFA nümayəndəsi isə Siyavuş İbrahimov idi. məhz onlar oyun başa çatan kimi, oyunun video yazısına baxaraq hakimin qərarının yalnış olduğunu bildirmişdilər. İndi AFFA-nın Yarışların Təşkili və Keçirilməsi departamentinin rəisi Məlik Həsənovdan Hakim İnspektorun Baş Hakimə verdiyi qiyməti öyrəndik. HAKİM İNSPEKTOR BABƏK QULİYEVİ " 4 " QİYMƏTLƏNDİRMİŞDİR. Bu isə qeyri-kafidən də aşağı qiymətdir. Xatırladaq ki, ötən il naloji qiymətlə feyzulla Feyzullayev qiymətləndirilmişdir. Bu qiymətin ardından hakim 10 oyunluq cəza almışdır. Bu hakimin təcrübəsizliyindən irəli gələn səhv də ola bilərdi ki, bu görə 10 oyun normal qəbul edilə bilər. Lakin Azərbaycanın ən "təcrübəli" hakimlərindən Babək Quliyevin bu hərəkətini isə səhv yox, qərəzli qərar adlandırmaq lazımdır və onun cəzası daha yüksək olmalıdır. "4"- qeyri/kafi qiymətinin qarşılığında Hakimlər Komitəsinin toplantısında Hakim Babək Quliyevə nə cəza veriləcəyini səbirsizliklə gözləyirik. İnanırıq ki haqq-ədalət öz yerini tutacaq.

Paylaş