`Bakı` 0 - 3 `Qarabağ`. Canlı
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5560.jpg)
`Bakı` 0 - 3 `Qarabağ`. Canlı
“Bakı”: Marko Şarliya, Duje Bakoviç, Denis İvanovs, Juninyo, Lukaş Horvat, Elvin Məmmədov, Cəmşid Məhərrəmov, Nenad Kovaceviç, Şəhriyar Əliyev, Uinston Parks, Koke
`QARABAĞ`: Boyan Pavloviç, Maksim Medvedev, Rəşad Sadiqov, Bəxtiyar Soltanov, Ansi Aqolli, Rauf Əliyev, Əfran İsmayılov, Rəşad Sadıxov, Admir Teli, Georgi Adamiya, Namiq Yusifov
1`- Oyun başlayır
5`- Komandalar ərazi üstünlyüynü ələ keçirməyə çalışır
11`- Qapılar qarşısında hələki təhlükəli vəziyyət yaranmayıb
12`- Rauf cərimə meydançasına daxil olur, lakin o qapıya zərbə endirə bilmir
15`- Əfran İsmayılov süərtlə irəliləyir, o qapıçı ilə üzbəüz qalır, Əfranın qapıya doğru zərbəsi.. Lakin qapıçı topu dəf edir
18`- Komandamızın əks hücumu... Raufun ötürməsi bir qədər sürətli olur, və Əfran topa çatmır
20`- Adamiya cərimə meydançasına daxil olur, qapıya doğru zərbəsi, lakin qapıçı topu çətinliklə də olsa dəf edir
24`- `Bakı `cərimə zərbəsini yerinə yetirir, Maksim topu uzaqlaşdırır
27`- Bəxtiyar Solatnov sürətlə irəliləyir, o qapıçını da keçir, qapıçı Bəxtiyara qarşı qaydanı pozur və hakim penalti təyin edir. Şarliya sarı vərəqə alır
28`- Əfran 11 metrəlik cərimə zərbəsini yerinə yetirir və top qapıdan keçir. QOOOL!
30`- `Bakı` hücumu... Pavloviç topu dəf edir
31`- Növbəti hücum... Bəxtiyar irəliləyir, lakin o topu itirir
33`- Oyun komandamızın ərazi üstünlüyü ilə keçir
35`- `Qarabağ` künc zərbəsini yerinə yetirir. Adamiyanın qapıya doğru zərbəsi.. İkinci real qol şansımız... lakin top qapının tirindən dönür.
40`- `Bakı` hücumu... Admir Teli hücumun qarşısını alır
42`- `Qarabağ` hücumu... Əfranın ötürməsi bir qədər sürətli olur, Bəxtiyar topa çatmır
45`- İlk hissə bitir
46`- İkinci hissəyə `Bakı` oyunçu dəyişikliyi ilə başlayır. Nenad Kovaceviçi Deividas Çesnauskis əvəzləyir
48`- `Qarabağ` künc zərbəsisini yerinə yetirir. Rəşad Sadirov topu qapıdan keçirir. QOOOOOL! Hesab 2-0
49`- Rəşad Sadıxova qarşı kobud oyuna görə `Bakı` oyunçusu sarı vərəqə alır. Rəşada meydandan kənarda tibbi yardım göstərilir
55`- `Bakı` hücumu... top qapının üstündən keçir
56`- Komandamız əks hücumu... Bəxtiyar sürətlə irəliləyir... qapıçı ilə təkbətək qalır lakin qapıçı topu dəf edə bilir
57`- Daha bir hücum... Aqollinin qapıya doğru qüvvətli zərbəsi, lakin qapıçı bu dəfə də topu dəf edir
62`- Elvin cərimə zərbəsini yerinə yetirir, top qapının xeyli üstündən keçir
63`- `Qarabağ` hücumu... Cərimə meydançasında Adamiya Bəxtiyar paslaşması, lakin Bəxtiyar qapıya zərbə endirə bilmir
65`- Komandamızın daha bir hücumu... Əfran sürətlə irəliləyir, qapı qarşısındakı Adamiyaya ötürməsi və Adamiya topu tordan keçirir. QOOOOL! Hesab 3-0
67`- `Bakı`da oyunçu dəyişikliyi.. Lukaş Horvatı Aleksandar Şoliç əvəzləyir
69`- `Qarabağ`da ilk oyunçu dəyişikliyi.. Bəxtiyar Soltanovu Muammer Muammer əvəzləyir
72`- Adamiyaya qaşı kobudluq və `Bakı` oyunçusu sarı vərəqə alır
74`- `Bakı` künc zərbəsi yerinə yetirir, Rəşad Sadıxov topu uzaqlaşdırır
75`- `Qarabağ` hücumu... lakin müdafiəçilər hücumun qarşısını alır
76`- `Qarabağ`da növbəti oyunçu dəyişikliyi... Vüqar Nadirov Əfran İsmayılovu əvəzləyir
78`- `Bakı`da sonuncu oyunçu dəyişikliyi.. Şəhriyar Əliyevi Rəhman Hacıyev əvəzləyir
79`- Raufun Muammerə gözəl ötürməsi... Muammerin qapıya doğru zərbəsi lakin qapıçı çətinliklə topu dəf edir
81`- Növbəti hücum... Vüqar Nadirovun qapıya doğru zərbəsi, lakin qapıçı topu tutur
82`- Adamiyanın qapıya doğru zərbəsi... Adamiya demək olar 100 faizlik qol şansından istifadə edə bilimr və top çox az fərqlə qapıdan aralı keçir
83`- Vüqar Nadirov sarı vərəqə alır
84`- `Qarabağ`da sonuncu oyunçu dəyişikliyi... Adamiyanı İlqar Qurbanov əvəzləyir
85`- Elvin Məmmədov Vüqar Nadirova qarşı kobud oyuna görə sarı vərəqə alır
90`- Vüqarın qapıya doğru zərbəsi qüvvətli olmur və top qapının xeyli üstündən keçir
90+3`- Hakim oyunu bitirir və `Qarabağ` 3-0 hesabı ilə qələbə qazanır