"BAKI" BAŞ MƏŞQÇİSİ İLƏ VİDALAŞDI . . .

single-news
28 Mar 2006

"BAKI" BAŞ MƏŞQÇİSİ İLƏ VİDALAŞDI . . .



Son Ölkə Kubokunun sahibi "Bakı" bu il həmin uğuru təkrarlaya bilməyərək, son Ölkə Çempionatının növbəti turu çərçivəsində autsayder "Göyəzən"lə də heç-heçə oynadı. Ard-arda gələn bu uğursuzluqlar sonda Baş Məşqçinin istefası ilə nəticələndi. Klubun rəsmi saytında bu barədə bir məlumat olmasa da, Klub rəhbərliyinin mətbuata verdiyi müsahibədə bu xəbər təstiqlənib. Yeni Baş Məşqçi vəzifəsini icra edəcək şəxsin də adı artıq məlumdur. Verilən məlumata görə Klubda müşavir vəzifəsini tutan Böyükağa Hacıyev bundan sonra yeni vəzifəni icra edəcək. Klubun birinci Vitse-Prezidenti Nail Əliyevin "Futbol+" qəzetinə verdiyi məlumata görə yeni baş məşqçi bu vəzifədə iyun ayına qədər qalacaq...

Paylaş