"BAKI" ÇEMPİON !

single-news
29 May 2006

"BAKI" ÇEMPİON !



Bu gün XIV Milli Çempionatda son turun ilk üç oyunu keçirildi. Ən maraqla gözlənilən oyun isə heç şübhəsiz T.Bəhramov adına Respublika stadionunda "İnter" - "Bakı" qarşılaşması idi. Məhz bu qarşılaşmada "Bakı" klubunun qələbəsi turun digər oyunlarının nəticəsindən asılı olmayaraq çempionluq sevinci yaşadacaqdı. Belə də oldu. İlk hissədə Emin İmaməliyevin yeganə qolu paytaxt klubuna çempionluq gətirdi. Bu münasibətlə, "Bakı" Futbol Klubuna Avropa çempionları arasında Azərbaycanı layiqincə təmsil etməyi arzulayırıq... Bu gün keçirilən turun digər oyunlarından, "Turan" gözlənilmədən Qusarın "Şahdağ" klubuna öz meydançasında 2-3 hesabı ilə məğlub olmuşdur. "Gəncə" isə, ikinci dövrədə ilk və son qələbəsini "MOİK" üzərində əldə etmişdir: 5-1. Tura sabah yekun vurulacaq.

Paylaş