“BAKI” DA ŞANSINI DAVAM ETDİRİR
“BAKI” DA ŞANSINI DAVAM ETDİRİR
Ölkə çempionatının son turunda liderlər “Neftçi” və “Xəzər-Lənkəran” qələbə qazanamaqla, iddialarını davam etdirdilər. Uzun müddət medallar qazandıracaq pillərdə qərarlaşan “MKT-Araz” isə evdə bir xalı çətinliklə qazandı. “Simurq” İmişlidə Mazyarın qolu ilə önə keçsə də ev sahiblərinin moldavan forvardı Anatoli Doroş matça əlavə edilmiş dəqiqələrdə “MKT-Araz”a bir xala gətirsə də bu “ağ-yaşıl”ların 4-cü pilləyə enməsinin qarşısını ala bilməyib.
Buan səbəb isə Bakı derbisində paytaxtın eyniadlı təmsilçisinin “İnter”i məğlub etməsi səbəb olub. Ümumyyətlə, “bankir”lərin “zolaq”lılara qarşı bir sindromu olduğunu qeyd edək. Belə ki, “İnter” milli çempionatda hələ “Bakı”ya qalib gələ bilməyib.
Bunula da sonuncu çempion durumunu yaxşılaşdıraraq titulunu qorumağa ümidini davam etdirir.
Bu tur ötən mövsümün gümüş mükafatçısı “Karvan”da medal iddiasından əl çəkib. Yevlaxlılar güclülərdən sayılmayan “Gilan”ın qapısından 3 top keçirsələrdə qapısında eyni sayda qol görərək 2 xal itiriblər.
Çempionatın autsayderi “Gənclərbirliyi” isə “Turan”ın qapısından 2 cavabsız top keçirərək sonuncu pilləni “Şahdağ”a verib.
“QARABAĞ” – “Neftçi” 0:2 (N. Nəbiyev, 10, S. Əliyev, 41)
“Xəzər-Lənkəran” – “Olimpik” 3:2 (Fabio Ramim, 6 (0:1), E.Quliyev, 35 (1:1), 83 (3:1), Fabio Ramim, 45 (2:2), Ramazanov, 41-p (2:1).)
“Karvan” – “Gilan” – 3:3 Vasilyev, 22 (1:0), 25 (2:0), V.Qarayev, 45 (2:1), Balamestniy, 60 (2:2), Fareyra, 82 (3:2), Haşimov, 86 (3:3).
“MKT-Araz” – “Simurq” 1:1 (Mazyar,58 - 0:1, Doroş , 90+1 – 1:1)
“Gənclərbirliyi” - “Turan” 2:0 (İsayev, 60 (1:0), Tağıyev, 87 (2:0).
“Bakı” – “İnter” – 1:0 (Fernando Peres, 70)