`Bakı` ölkə kubokunun sahibidir

`Bakı` ölkə kubokunun sahibidir
Azərbaycan kubokunun qalibi məlum olub. Dünən Peşəkar Futbol Liqasının möhtəşəm tədbirləri ilə həyata keçirilən final matçında `Bakı` - `Xəzər-Lənkəran`la qarşılaşıb. 26 min azarkeşin izlədiyi matçın əsas vaxtında qapılara qol vurulmayıb. Əlavə olunmuş hissələrdə isə dramatik anlar yaşaıb. Öncə `Bakı` `fair-play`ə əsasən topu rəqibə qaytararkən Skuliçin uzaqdan zərbəsi önə çıxmış Kamran Ağayevi aşaraq tora daxil olub. Bu andan sonra meydanda ehtiraslar qızışıb. Hər kəs `Bakı`nın rəqibə qol vurmaq imkan yaradacağını düşünsə də belə olmayıb. Əvəzində Şoliç hesabı daha da artırıb. Əlavə hissənin son dəqiqəsində isə Begiri topların birinin əvəzini çıxıb.
Belə də, `Bakı` 5 illik fasilədən tarixində 2-ci dəfə ölkə kubokuna sahib çıxıb.