`Bakı` - `Qarabağ`. 1:2

single-news
24 Mar 2012

`Bakı` - `Qarabağ`. 1:2



Bakı. `Bakı` FK-nın təlim-məşq bazasının stadionu.
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Nahid Əliyev, Orxan Məmmədov

“Bakı”: Marko Şarliya, Deniss İvanovs, İbrahim Karqbo, Deividas Çesnauskis, Lukas Mario Horvat, Elvin Məmmədov, Cəmşid Məhərrəmov (k), Novruz Məmmədov, Şəhriyar Əliyev, Aleksandar Soliç, Koke

“Qarabağ”:  Boyan Pavloviç, Maksim Medvedyev, Rəşad Sadiqov (k), Namiq Yusifov, Rəşad Sadıqov, Vüqar Nadirov, Muarem Muarem, Əfran İsmayılov, Admir Teli, Ansi Aqolli, Georgi Adamiya

1`- Oyun başlayır
4`- `Qarabağ` hücumu... Rəşad Sadiqovun Vüqara ötürməsi sürətli olur və Vüqar topa çata bilmir
7`- Adamiyanın uzaqdan qapıya doğru zərbəsi, lakin top qapıdan aralı keçir
8`- Maksim qapının uzaq küncünü nişan alır və qapıya doğru zərbə... və QOOOOL! Hesab açılır
12`- Rəşad Sadıxovdan qapı qarşısına ötürmə, lakin qapıçı vaxtında önə çıxaraq topu dəf edir
14`- Əfranın sol cinahdan qapıya doğru zərbəsi, lakin qapıçı topu dəf edə bilir
19`- `Bakı` hücumu.. Və hücumun qarşısı alınır
21`- Vüqar sürətlə irəliləyir, lakin o son anda o topu meydanda saxlaya bilmir
23`- `Qarabağ` hücumu.. lakin rəqib topu meydandan çıxarır
25`- Komandamızın təhlükəli əks hücumu.. Əfran sürətlə irəliləyir.. lakin qapıya zərbə ündirməyə gecikir və topu itirir
28`- `Bakı` hücumu... Namiq Yusifov topu uzaqlaşdırır
31`- Artıq yarım saat geridə qalıb, və `Qarabağ` hesabda 1-0 irəlidədir
33`- Əfran künc zərbəsi yerinə yetirir, qapı qarşısına ötürmə, lakin rəqib topu meydandan çıxarır
35`- `Qarabağ` hücumu... Əfranın Adamiyaya ötürməsi, lakin Adamiya topu itirir
39`- `Bakı` hücumu... Elvinin qapıya doğru zərbəsi... Maksim zərbənin qarşısını alır 
42`- Vüqar künc zərbəsi yerinə yetirir, lakin top uzaqlaşdırılır
43`- `Qarabağ`ın əks hücumu... Əfran sürətlə irəliləyir... o rəqiblərini geridə qoyur və qapıya doğru zərbə, lakin qapıçı topu dəf edir
45`- `Bakı` cərimə zərbəsi yerinə yetirir, ötürmə zamanı `Bakı` oyunçusu qaydanı pozur
45+1`- İlk hissə bitir
46`- İkinci hissəyə `Qarabağ` oyunçu dəyişikliyi ilə başlayır. Muarremi Bəxtiyar Soltanov, Vüqarı Vaqif Cavadov əvəzləyir
47`- `Qarabağ` hücumu... Vaqif sürətlə irəliləyir... onun qapıya doğru qüvvətli zərbəsi, qapıçı top dəf edir
48`- Daha bir hücum... Vaqifin qapıya doğru zərbəsi və QOOOOOOOOL! Hesab 2-0
52`- `Bakı` hücumu  və top meydandan çıxır
55`- `Qarabağ` hücumu.. lakin Əfranın ötürməsi qeyri dəqiq olur
57`- Adamiyaya qarşı kobudluq və Rəşad Sadıxov cərimə zərbəsi yerinə yetirir, qapı qarşısına ötürmə, müdafiə topu meydanda çıxarıır
61`- Elvin Məmmədov Rəşad Sadiqova qarşı kobud oyuna görə sarı vərəqə alır. Rəşada meydanın kənarında tibbi yardım göstərilir
62`- `Bakı`da oyunçu dəyişikliyi.. Karqbonun Rəhman əvəzləyir
65`- `Bakı` hücumu... Namiq Yusifov topu uzaqlaşdırır
68`- Boyan Pavloviç topu dəf edərkən Elvin Məmmədovla toqquşaraq zədələnir 
71`- `Qarabağ`ın sürətli əks hücumu... lakin son anda Rəşad Sadiqov topu itirir
72`- `Bakı` hücumu.. Rəhman Hacıyevin uzaqdan qapıya doğru zərbəsi və top qapıdan keçir. hesab 1-2
75`- `Bakı`da növbəti oyunçu dəyişikliyi..
78`-  `Bakı`da oyunçu dəyişikliyi... Soliçi Nurlan Novruzov əvəzləyir
80`- `Bakı` penalti zərbəsi yerinə yetirir və top qapının üstündən keçir
82`- `Qarabağ` hücumu... Əfranın Adamiyaya ötürməsi.. Adamiyanın qapıya doğru zərbəsi, top rəqibə dəyərək meydandan çıxır
83`- Daha bir hücum.. Əfran rəqiblərini keçir, lakin müdafiəçilər ona qapıya zərbə enidrməyə mane olur
84`- Əfrana qarşı qayda pozulur və cərimə zərbəsi yerinə yetirilir. Top `Bakı` oyunçusunun əlinə dəysə də hakim davam işarəsi verir
86`- `Bakı`dan Cəmşid Məhərrəmov Bəxtiyara qarşı kobuluğa görə sarı vərəqə alır
87`- `Qarabağ` cərimə zərbəsi yerinə yetirir, lakin top meydandan çıxır 
90`- `Qarabağ`ın sağ cinahdan hücumu... lakin nəticəsizdi
90+1`- Növbəti hücum.. Əfran bir rəqibini keçir, lakin o qapıya zərbə endirə bilmir
90+2`- `Qarabağ`da oyunçu dəyişikliyi... Rauf Əliyev Əfranı əvəzləyir
90+3`- Hakim oyunu bitirir. `Qarabağ` 2-1 hesabı ilə növbəti qələbəsini qazanır





Paylaş

// pop up