"BAKI" - "QARABAĞ" : AĞDAM KLUBU LEGİONER SAYINI ARTIRDI (FUTBOL+, 17 FEVRAL, 2005)

single-news
17 Fev 2005

"BAKI" - "QARABAĞ" : AĞDAM KLUBU LEGİONER SAYINI ARTIRDI (FUTBOL+, 17 FEVRAL, 2005)



Yalnız birinci dövrənin sonlarına yaxın sıralarına legioner cəlb edən "Qarabağ"da artıq bu planda limit dolub. Belə ki , Ağdam klubu keçidini həll etdiyi ukraynalı oyunçular - Andrey Kolinenko, Andrey Boqaç, Artyom Şubin və Denis Sokolovskinin xidmətindən sabahkı vacib matçda yararlana bilər. "Bakı"da isə gəlmə oyunçular daha çoxdur və komanda iştirak ərizəsinə daxil edəcəyi beş legioneri müəyyənləşdirməlidir. Cəzası bitən Rəfael Əmirbəyovun qayıdışı ilə Bakının eyniadlı təmsilçisinin arxa xətti bir qədər də güclənəcək. "Qarabağ"da isə Azər Cabbarovla bağlı yaranan problemlər (açıqlama: 4 sarı vərəqə) özünü göstərə bilər. Ağdam klubuna qayıdan Ruslan Musayevin orada başlayacağı gözlənilən "Bakı"ya qarşı oynayıb oynamayacağı maraq doğurur.

Paylaş