`Bakı` - `Qarabağ`. Hərəyə 1 qol

single-news
6 Sen 2010

`Bakı` - `Qarabağ`. Hərəyə 1 qol



`Qarabağ`ımız `Bakı`yla milli oyunlarla əlaqədar yaranmış fasilə ilə əlaqədar olaraq yoxlama oyununa çıxıb. 10-dan çox futbolçumuzun millilərin düşərgəsində olması nəticəsində komandamız görüşə tam heyətlə çıxmamışdı. Əfran İsmayılov  və Aftandil Hacıyev isə zədə səbəbindən komandadan ayrı düşüb. Belədə komandamızın çalışdırıcısı Qurban Qurbanov paytaxt təmsilçisi ilə oyunda əvəzedici heyətin gənclərindən də yararlandı.
`Qarabağ` oyuna bu heyətlə çıxmışdı: Sahil Kərimov, Ayxan Abbasov, Kamil Hüseynov, Zaur Həşimov, Emin İmaməliyev, Namiq Yusifov, Aslan Kərimov, Devran Ayhan, Rəşad Kərimov, Ayaz Mehdiyev, Georgi Adamiya.
Göründüyü kimi gənclərlə oyuna başlayan komandamız xüsusilə Adamiya ilə təhlükəli olmağa çalışırdı. Gürcüyə Rəşad və Ayaz təhlükəli reydlərlə yardım edirdi. İlk yarıda daha çox qol imkanı əldə etsək də yeganə qol 45-ci dəqiqədə vuruldu. Adamiya əla keçidlə bir neçə futbolçunu geridə qoydu, zərbəsi dirəkdən döndü, təkrar zərbəni isə Ayaz tora göndərdi.
İkinci yarıda komandamızın çalışdırıcısı İsrafil Qarayev, Urfan Abbasov, Çingiz Bədəlov  kimi gəncləri meydana buraxaraq onlara təcrübə qazanmaq üçün şərait yaratdı.  İkinci yarıda tək qolu isə `Bakı` vurdu. 74-cü dəqiqədə Anqulonun ötürməsiylə Safroni fərqləndi.
Beləliklə, `Bakı` - `Qarabağ` oyunu 1:1 başa çatdı.

Paylaş

// pop up