"BAKI" - "QARABAĞ". STATİSTİKA
"BAKI" - "QARABAĞ". STATİSTİKA
Məlum olduğu kimi, Mayın 12-sində ölkə çempionatında prinsipial matç keçiriləcək. “Qarabağ” Tofiq Bəhramov stadionunda “Bakı”nın qonağı olacaq. 2004-cü ildə “Bakı”yaranandan mücadilələri daim maraqla izlənən komandaların bu dəfəki dueli nə vəd edir? Turnir cədvəlindəki mövqeyindən asılı olmayaraq daim öz oyun üslubu ilə fərqlənən komandaların dueli həm də əcnəbi mütəxəssislərin qarşılaşması kimi də az maraq doğurmur. Tarixə nəzər saldıqda komandaların mübarizəsi hər zaman gərginliyi ilə yadda qalıb. “Bakı” “Dinamo”ya xələfinə çevrildikdən sonra ilk mübarizə 2004-cü ildə baş tutub. Komandamız 2:0 hesabıyla qalib gəlib. Cavab görüşü isə 1:1 hesabıyla başa çatıb. Maraqlıdır ki, tərəflər adətən sülhə üstünlük verirlər. Belə ki, tərəflərin son 3 matçında qələbəyə sevinən olmayıb. Ötən il 0:0 ardınca isə 2 oyunda tərəflər hərəyə bir dəfə qola seviniblər. Cari birinciliyin ilkn yarısında Suraxaı qəsəbə stadionunda baş tutmuş görüşdə Əhməd Ticaninin qolu ilə önə keçən tərəf “Bakı” olmuşdusa, 89-cu dəqiqədə Aftandil Hacıyev hesabı bərabərləşdirmişdi. “Bakı”nı “Dinamo ilə bir götürsək indiyə kimi 23 dəfə çempionatda üz-üzə gələn komandaların qələbə balansı pozulmayıb. 8 qələbə, 8 məğlubiyyət, 7 heç-heçə.