"Bakı" "Qarabağ"la qarşılaşacaq (FUTBOL+, 16.01.2006)

single-news
16 Yan 2006

"Bakı" "Qarabağ"la qarşılaşacaq (FUTBOL+, 16.01.2006)



Aleksandr Rexviaşvili ilə bir il uzadılması mümkün olan altıaylıq müqavilə bağlayan "Bakı" Gürcüstan millisinin daha bir oyunçusunun xidmətində maraqlıdı. "Skonto"dan gələn Levan Korqalidze Latviya çempionatında keçirdiyi 111 oyuna 23 qol vurub. 26 yaşlı yarımmüdafiəçi avrokuboklarda iştirak etdiyi 11 matçda da iki dəfə fərqlənib. "Bakı" baxışa çağırdığı digər oyunçulardan isə yalnız ikisini - Stanislav Loban və Azukanı saxlayıb. Digər əcnəbilərsə Əsgər Abdullayevin etimadını qazana bilməyib. Ukraynalı Loban demək olar ki, bəyənilib. Amma Əsgər bəy onu bir daha yoxlamaq niyyətindədi. İkitərəfli oyunda bir hissə meydanda olan nigeriyalı hücumçu haqqında da hələ qəti qərara gəlinməyib. "Zolaqlılar"la müqaviləsi başa çatan yarımmüdafiəçi Marius Suleapın "Bakı"dan ayrılaraq "İnter"ə "qovuşduğunu" da qeyd edək. Ciddi-cəhdlə ikinci dövrəyə hazırlaşan "Bakı" bu gün çempionatın ortabablarından olan "Qarabağ"la yoldaşlıq görüşü keçirəcək. Saat 15.00-da Buzovna qəsəbə stadionunda baş tutacaq matçda əsasən komandanın yeniləri sınanacaq

Paylaş

// pop up