`Bakı` üçün

single-news
17 Okt 2012

`Bakı` üçün



`Qarabağ`ımız `Bakı`yla oyunun hazırlıqlarını davam etdirir. Premyerliqanın IX turunda paytaxtın eyniadlı komandasını qəbul edəcək komandamız gündə 2 dəfə məşqlərini davam etdirir. Milli oyunlar səbəbindən komandamızdan ayrı düşən milli futbolçularımız sabahdan komandanın məşqlərinə qoşulacaqlar. Zədəli Əfran İsmayılov və Mustafa Afroto hələdə komandadan ayrı çalışırlar. Adıkeçən futbolçuların bakılılarla oyunu buraxacağı gözlənilir.
`Qarabağ`ımızın   `Bakı`yla  oyunu Oktyabrın 20-də 16:00-da Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək.

Paylaş

// pop up