`Bakı` üçün

30 Apr 2014
`Bakı` üçün
`Qarabağ`ımız `Bakı`yla oyuna hazırlaşır. Premyerliqanın XXXIII turunda paytaxtın eyniadlı komandasının qonağı olacaq komandamız dünəni istirahətlə keçirmişdi. Bugün isə komandamız 1 çalışma ilə kifayətlənəcək. Suraxanı qəsəbə stadionunda komandamızın məşqi 17:00-a təyin olunub. Sonuncu turda `Neftçi` ilə 1:1-lik bərabərliyə razılaşan komandamız sabah da 1 məşqlə günü bitirəcək.
Qeyd edək ki, `Bakı` - `Qarabağ` oyunu cümə günü, Mayın 2-si, saat 15:00-da Biləcəridə `Bakı`nın təlim-məşq bazasında keçiriləcək.