BAKIDA İLK MƏŞQ

single-news
30 Yan 2008

BAKIDA İLK MƏŞQ



“Qarabağ” Futbol Klubu 2-ci dövrənin hazırlıqlarına start verib. Artıq bu gündən etibarən bazaya yığışan komandamız ilk məşqinə çıxıb. Dünən gecə Türkiyədən dönən İsaac Pupo, səhər Stavropoldan gələn Qoqa Beraya da komandaya qoşulub. Saat 15:00-da başlayan məşqə legionerlərində qoşulmasıyla bütün futbolçular qoşuldu. Yəni düşərgədə heç bir zədəli futbolçu yoxdur. Sadacə Aslan Kərimov komandanın hazırlığında iştirak etmir. Kapitanımız millinin düşərgəsinə qatılmaq üçün Antalyada qalıb.

Komandanın hazırlığına gəlincə, ilk məşqimiz Suraxanıda baş tutub. Tofiq İsmayılov adına stadionda futbolçular əsasən qaçmaqla məşğul olub. 2 dəfə hər biri 20 dəqiqə olmaqla kross qaçan komandamız yenə də polar saatıların “xidmət”indən itifadə edib.

Xatırladaq ki, komandamız çempionatın 2-nci dövrəsinə start verilənə qədər gündə 2 dəfə məşq etməyi planlaşdırır. O cümlədən sabah da iki məşq etmək planlaşdırılır.

Paylaş

// pop up