Bakıda sonuncu məşq...

single-news
26 İyl 2010

Bakıda sonuncu məşq...



`Qarabağ`ımız `Visla` ilə oyunun hazırlıqlarını davam etdirir. Avroliqanın 3-cü tur çərçivəsində polşalıların qonağı olacaq komandamız məşqlərini oyunun keçiriləcəyi Tofiq Bəhramov adına respublika stadionunda edir.

Komandamızda itkilərin olmaması üzləri glüdürür. Komandamız tam heyətlə çalışmalarını davam etdirir. Komandamız eyni zamanda bu oyunda `Qarabağ`ımızın yeni transferi Andrey Rubinsin xidmətlərindən də yararlana biləcək. Latviyalı yarımmüdafiəçinin adı sifariş ərizəsinə salınıb.

Bu gün komandamız 21:00-da Respublika stadionunda sonuncu hazırlığına çıxacaq. Ardınca `kamp`a yığışacaq komandamız sabah Polşaya yollanacaq. Sabah axşam isə komandamız oyunun keçiriləcəyi Krakovda məşqə çıxacaq.

Paylaş

// pop up