`Bakı`yla hazırlıqlar davam edir

single-news
13 Fev 2012

`Bakı`yla hazırlıqlar davam edir



`Qarabağ`  premyerliqanın  XX turunda qarşılaşacağı `Bakı`yla oyunun hazırlıqlarını davam etdirir. Komandamız hava şəraiti ilə əlaqədar olaraq fərqli məkanlarda məşq keçməyə məcbur olur. Bugün komandamız günü tək məşqlə keçirib. Günün tək məşqi köhnə `Neftçibaza` deyilən Respublika Olimpiya ehtiyarları mərkəzinin meydançasında 14:15-də baş tutub. Sevindirci haldır ki, komandamız paytaxt klubuyla oyunun hazırlıqlarını tam heyətlə davam etdirə bilir. Zədə üzündən komandadan ayrı düşmüş Qara Qarayev və yeni transferimiz Muarem Muarem də çalışmalarda iştirak edir. 

Paylaş

// pop up