`Bakı`yla oyuna 1 məşqlə

single-news
12 Noy 2010

`Bakı`yla oyuna 1 məşqlə



`Qarabağ`ımız `Bakl`yla oyuna hazırdır. Bu gün komandamız paytaxt təmsilçisiylə oyunun son hazırlığını keçib matç saatını gözləməyə başlayacaq.  Amma komandamız məlum səbəblərdən natamam heyətin `tam` heyətiylə ancaq bugün çalışa biləcək. 5 zədəli futbolçumuzla yanaşı millinin düşərgəsində olan 5 futbolçumuz sadəcə bu gün komandanın oyunqabağı son məşqinə çıxacaq. Belə də həftəboyu 12 futbolçudan yararlanan komandamız taktiki cəhətdən hazırlaşmadan birbaşa `Bakı` ilə oyuna çıxacaq.
Bu gün komandamız 16:00-da komandamız Zabrat Qəsəbə stadionunda sonuncu məşqinə çıxacaq. `Bakı` - `Qarabağ` oyunu sabah 16:00-da  baş tutacaq.

Paylaş

// pop up