"Bakı"yla "Qarabağ" "Şəfa"nı seçdi

single-news
18 Yan 2006

"Bakı"yla "Qarabağ" "Şəfa"nı seçdi



Belarus yığmasının oyunçusu Vasili Baranovla "Bakı"nın maraqlandığı barədə sizə xəbər vermişdik. Amma futbolçu hələ də ölkəmizə gəlməyib. Düzdü, onunla danışıqlar gedir, gəl ki, hələ ciddi heç nə yoxdu. "Zolaqlılar" digər baxışa gələnlərlə də anlaşmayıb. Bakılılar Stanislav Loban və Azukayla müqavilə imzalamağa yaxın olsalar da bu, hələ reallaşmayıb. Əsgər Abdullayev hər iki legioneri "Qarabağ"la yoldaşlıq oyununda sonuncu dəfə sınaqdan keçirməyi plaenlaşdırırdı. Lakin müəyyən səbəblərdən bu görüşün vaxtı dəyişdirilib. Dünən keçirilməli olan yoldaşlıq matçı bu gün saat 16.00-a təyin edilib. Həm də komandalar Buzovnada yox, "Şəfa"da üz-üzə gələcək.Belarus yığmasının oyunçusu Vasili Baranovla "Bakı"nın maraqlandığı barədə sizə xəbər vermişdik. Amma futbolçu hələ də ölkəmizə gəlməyib. Düzdü, onunla danışıqlar gedir, gəl ki, hələ ciddi heç nə yoxdu. "Zolaqlılar" digər baxışa gələnlərlə də anlaşmayıb. Bakılılar Stanislav Loban və Azukayla müqavilə imzalamağa yaxın olsalar da bu, hələ reallaşmayıb. Əsgər Abdullayev hər iki legioneri "Qarabağ"la yoldaşlıq oyununda sonuncu dəfə sınaqdan keçirməyi plaenlaşdırırdı. Lakin müəyyən səbəblərdən bu görüşün vaxtı dəyişdirilib. Dünən keçirilməli olan yoldaşlıq matçı bu gün saat 16.00-a təyin edilib. Həm də komandalar Buzovnada yox, "Şəfa"da üz-üzə gələcək.

Paylaş