`Banga` 0-4 `Qarabağ`: Tarixin ən böyükhesablı qələbəsi.. CANLI
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5369.jpg)
`Banga` 0-4 `Qarabağ`: Tarixin ən böyükhesablı qələbəsi.. CANLI
Azarkeşlər komandamızı ayaqda alqışladılar...
Oyun komandamızın gözəl, məzmunlu oyunu və layiqli qələbəsi ilə başa çatdı
90+3 – Və oyun başa çatdı. `Qarabağ`ımız 4:0-lıq qələbəylə vətənə qayıdır
90` - Hakim oyunun sonuna 3dəqiqə əlavə etdi.
89 - `Banqa` hesab arasında fərqi azaltmaq istəsə də, nəticə dəyişmir
87` - Rəşad Sadiqov rəqibi əks hücumda daha bir dəfə cəzalandıra bilərdi, Amma rəqib qapıçı səhvsiz oynadı
84` - QOLLLLL !!! Bəxtiyar ilk görüşündə qol vura bildi.
82` - Rəqibin hücumçusunun təhlükəli zərbəsini Pavloviç zərərsizləşdirə bildi
Oyunun sonlarında rəqib komandamızı öz qapısına sıxa bilib.
81`- Adamiyanı Emin İmaməliyev əvəzlədi
80` - Oyun ərzində ilk dəfə rəqib `Qarabağ`ımızn qapısına zərbə etdirməyə çalışsa da top müdafiəçimizə dəydi.
77` - Nderim Nedzipini Qara Qarayev əvəzlədi..
Oyun sakit məcrada davam edir
70` Rəqib yenidən fəallaşaraq hesab arasında fərqi azaltmaq istəyir. Amma müdafiəçilərimiz dəqiq oynayır
68`- İlqar Qurbanovu Bəxtiyar Soltanov əvəzlədi…
68` - QOLLLLLLLLLL !!! Vüqar Nadirov özünün 2-ci komandamızın isə 3-cü qolunu vurdu..
65` - Az qala qapımızda qol görəcəkdik. Müdafiəçilərin anlaşılmazlığını son anda Bojan topu tutmaqla sığortaladı
63` - Bir qədər öncə İlqara qarşı kobud oynadığına görə Usachev sarı kartla cəzalandırıldı
62` - Vüqarın yandan geri ötürməsinə Nedzipi saxlamadan zərbəsini qapıçı tuta bildi
58` - Adamiyanın driblinqindən sonra İlqara ötürməsini sonuncu tamamlaya bilmədi, dönən topa Aqollinin zərbəsini isə qapıçı tuta bildi
56` - Ostapın yerinə Kulbis oyuna daxil oldu…
52` - Maksim – Nedzipi paslaşmasından sonuncunun ötürməsinə çatan olmadı..
49` - 55 nömrəli Mariyani 88 nömrəli Kazlauskas əvəzlədi…
47` - Vüqarın yandan keçidindən sonra ötürməsini Adamiya zərbə ilə tamamlasa da azacıq dəqiqlik çatmadı.
İkinci hissə başlandı..
İlk hissə başa çatdı..
42` - Nedzipiyə qarşı kobud oynayan Serge sarı kartla cəzalandırıldı. Rəşad Sadıxovun zərbəsi qapıdan azacıq aralı keçdi
39`- Adamiyanın gözəl keçidindən sonra Rəşad Sadıxov uzaq məsafədən zərbəsinin qarşısını müdafiəçi kəsə bildi..
38` - Vüqar 3-cü qolu vurmağa yaxın olsa dab u istəyini reallaşdıra bilmədi.
32` - Möhtəşəm Qol !!!! Vüqar Nadirov !!!!
28` - Vüqarin iki müdafiəçinin arasından sıyrılaraq ara ötürməsinə İlqar çata bilmədi..
22` - Vüqara qarşı kobudluq cərimə zərbəsi ilə dəyərləndirildi.
16` - QOLLLLLLLLLLLLLLLLLL !!!!!! Qolun adı - Rəşad Sadiqov !!
14` - Nedzipinin ara ötürməsinə Vüqar çata bilmədi…
9` - 100%-lik qol epizodu. Ansi Aqolinin yan asmasından sonra qapıçıdan dönən topu Vüqar boş qapıya göndərə bilmədi…
7` - `Qarabağ` rəqibi topsuz saxlayaraq yormağa çalışır
3` - Komandamız topa nəzarət eləməyə çalışır.
1` - Oyun başlandı..
Komandalar isinmə hərəkətlərini yekunlaşdıraraq soyunub geyinmə otağına yollandılar. Oyunun başlanmasına dəqiqələr qalıb…
`Qarabağ`: 99. Bojan Pavlovic, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 14. Rəşad Sadıxov, 18. İlqar Qurbanov, 17. Vüqar Nadirov, 20. Nderim Nedzipi, 24. Admir Teli, 25. Ansi Aqolli, 77. George Adamia.
Komandalar isinmə hərəkətlərini yekunlaşdıraraq soyunub geyinmə otağına yollandılar. Oyunun başlanmasına dəqiqələr qalıb…
`Qarabağ`: 99. Bojan Pavlovic, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 14. Rəşad Sadıxov, 18. İlqar Qurbanov, 17. Vüqar Nadirov, 20. Nderim Nedzipi, 24. Admir Teli, 25. Ansi Aqolli, 77. George Adamia.
Eytiyat heyət: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 4.Zaur Həşimov, 9.Bəxtiyar Soltanov, 10.Emin İmaməliyev, 11.Rauf Əliyev, 23.Tural İsgəndərov.
Baş Məşqçi: Qurban Qurbanov
`Banga`: 1. Pocius Paulius, 2. Padaigis Deividas, 21.Zelmikas İrmantas, 40.Usachev Andrei, 55.Choruz Mariyan, 32. Tatiefang Serge, 10.Kura Mikas, 9.Lipskis Andrius, 9.Urbantis Karolis, 13.Gurdauskas Mantas, 23. Ekwegwo Caleb.
Eytiyat heyət: 77.Korneiciks Deniss, 88.Kazlauskas Marius, 37. Bitinas Mindausgas, 23. Anatolie Ostap, 24.Ratkus Giedrius, 15. Gytis Gailius, 8.Gayus Kulbis.
Baş Məşqçi: Arminas Narbekovas.