`Banqa` - `Qarabağ`. Oyun vaxtı və yeri

single-news
22 İyn 2011

`Banqa` - `Qarabağ`. Oyun vaxtı və yeri



`Qarabağ`ımızın Avroliqanın 1-ci mərhələsində `Banqa` ilə qarşılaşacağı məlumdur.  Litva təmsilçisiylə oyuna haqqında məlumatlar artıq dəqiqləşib.  `Qarabağ`ımız İyunun 30-unda ilk oyuna çıxacaq. Öncə onu bildirək ki, `Banqa`nın komandamızı `ev` oyunlarını keçirdiyi Qarjdai  şəhər stadionunda qəbul edəcəyi sual altında idi. Süni ot örtüyünə malik stadionla bağlı sonda UEFA məmurları müsbət rəy verib. Eyni zamanda oyununun başlama saaatı da müəyyənləşib. `Banqa` - `Qarabağ` oyununun yerli vaxtla 18:30-da (Bakı vaxtıyla 20:30) baş tutacağı məlum olub.  Görüşü Torvaldur Arnasonun başçılıq etdiyi islandiyalı hakimlər briqadası idarə edəcək. 
İyulun 7-sində Bakıda keçiriləcək oyunun `ədalət` təmsilçiləri də artıq məlumdur. Saat 9-da Tofiq Bəhramov adına respublika stadionunda start götürəcək qarşılaşmanı  Ukraynadan olan 34 yaşlı hakim Yuri Mojarovskinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Paylaş

// pop up