`Banqa`nı tam başqa tanıyaq
`Banqa`nı tam başqa tanıyaq
Məlum olduğu kimi, `Qarabağ`ımız Avroliqanın ilk turunda Litva təmsilçisi `Banqa` ilə qarşılaşacaq. Avropa arenasında debüt edəcək Garjdai təmsilçisi sirli qutu təsiri bağışlayır. `Banqa` haqqında daha müfəssəl məlumatı Azərbaycanın tanınmış jurnalistlərindən, hazırda Litvada yaşayaraq peşə fəaliyyətini davam etdirən Rüstəm Mikayıllı xüsusi olaraq saytımıza öz təəssüratlarını bölüşüb. Onun `Banqa`yla bağlı müşahidələrini diqqətinizə təqdim edirik.
``Banga` haqda danışsaq, onu qeyd etmək lazımdır ki, bugün rəqibimiz çox yaxşı formadadır. Bildiyiniz kimi, Litvada cempionatın qızğın vaxtıdır və ikinci dövrə oynanılır. Son oyunlarda “Banga” xeyli `artırıb`, bu da onun aldıgı son nəticələrdə özünü göstərir. Garjdai təmsilcisi artıq altı oyun məğlub olmur və son beş oyunda 4 qələbə ve 1 hec-hecəylə yadda qalıb.
`Banga`nın heyətini əsasən gənc oyuncular təşkil edir.Onlar yüksək atletik hazırlığı ilə diqqət çəkirlər. Komandanin liderlərindən biri 30-yasli Irmantas Zelmikasdir. Hansi ki, `Qarabağ`ın məşqcisi Zaur Tağızadəyə tanış gələ bilər. Cünki, `Neftci` Birlik Kubokunun finalında Kaunasa qarşı oynayanda Zelmikas məhz o heyətdə olub. Mərkəz müdafiəcisi legioner həyatı da yaşayıb. Oyun zamanı lazimlı tövsiyələr verə biləcək bir oyuncudur. Bir də Lipkis olduqca təhülükəlidir. Güclü, zərbələri hər an qapıçıları sınağa çəkir. Rəqibin müdafiəsini yarmaq `Qarabağ`a hec də asan olmayacaq.
Cox güman ki, `Banga` ev oyunun məhz doğma şəhərində Garjdaidə `Qarabağ`ı qəbul edəcək (artıq bu dəqiqləşib). Klub `ev oyununu doğma arenada keçirmək üçün çox çalışırdı. Meydanca süni ot örtüyünə malikdir və `Banga` il boyu orda məsq edir. Demək istəyirəm ki, meydanca amili de litvalıların xeyrinə olacaq. Zənnimcə, tribunalar da tam dolu olacaq. Təxmini olaraq 1600-a yaxın azarkeş olacaq. Çünki, bu il “Banga” Avropa arenasında debüt edir ve təbii ki, ozünü ən yaxşi tərəfdən göstərməyə çalışacaq. Hətta Litva klubunun futbolçuları da yerli mətbuata verdiyi açıqlamalarda yaxşı nəticə üçün hər şey edəcəklərini bildirib.
`Banga`nın baş məşqçisi tanınmış futbolçu olan Arminas Narbekovasdir. Litva futbolunun ən yaxşı oyuncularından hesab olunur ve SSRI cempionatinda `Jalgiris`in (Vilnus) liderlərindən olub. Məhz Narbekovas `Banga`nın əsas gücü sayılır. Çünki, yetirmələri üçün o əsl avtoritetdir və onunla çalışmaq litvalı futbolçular üçün 2 qat məsuliyyət deməkdir.
`Qarabağ` isə öz təcrübəsini ilk dəqiqələrdən göstərməlidir. Düşünürəm k,i hər şey Azərbaycan təmsilcisindən asılıdır. Əgər komanda oyuna tam ciddi hazırlaşsa, rəqibi diqqətlə analiz etsə o zaman komandamız vətənə sərfəli nəticə ilə dönə bilər. Orası dəqiqdi ki, Litva təmsilçisi `Qarabağ`a qarşı olduqca ciddi hazırlaşır. Onlar əllərinə düşən şansdan maksimum istifadə etmək istəyirlər. Litvalılar `Qarabağ`ın son 2 ildəki uğurlarını araşdırıblar və bilirlər ki, Bakıda onları çətin sınaq gözləyir. Amma `Qarabağ` oz texnikalı oyununu oynaya bilsə `Banqa`nın şansı azdır. Amma onu mütləq qeyd etməliyəm ki, `Banqa` sona qədər döyüşən komandadır. `Qarabağ`ı heç də deyildiyi kimi `asan gəzinti` gözləmir. `