BAROŞ “LION”A, KARYU “ASTON VILLA”YA
23 Yan 2007
BAROŞ “LION”A, KARYU “ASTON VILLA”YA
Bir neçə dəfə İngiltərədə xoşbəxt omadığını etiraf edən Cexiyalı forvard Milan Baroş nəhayət istəyinə çatıb. AÇ – 2004-də sərgilədiyi futbolla azərkeşlərin qəlbini fəth edən 25 yaşlı hücumçuya bundan sonra sanki göz dəydi. Beləki, AÇ-dən sonra zədə epidemiyasına tutulan Milan Rafael Benites tərəfindən bəyənilməyərək “Liverpul”dan “Aston Villa”ya satıldı. Amma slavyan əsilli futbolçu Birmingem klubunda da çox duruş gətirməyib. Milan artıq yeni klubuyla anlaşıb. 25 yaşlı hücumcu indidən sonra Fransanın dəyişməz cempionuyla müqavilə imzalayıb. Deyilənlərə inansaq, Milan “Lion”a 4,5 il xidmət edəcək. Maraqlıdı ki, Baroşun Liona gəlməsində 2002-2004 cü illərdə “Liverpul”da başçılığı altında oynadığı Jerar Ulyenin böyük rolu olub. Ulyenin Liverpuldan gedişiylə ulduzu sönən Baroş nəticədə “Aston Villa” üçün record məbləğdə 6,5 milyon funta transfer edilib. Lakin baroş yeni klubunda keçirdiyi 42 matçda cəmi 9 qola imza ata bilib.
Keçidin maliyyə yönləri haqqında məlumat verilməsədə artıq, Lion klubunu forvard Con Karyunun qarşı düşərgəyə göndərməsi, məsələnin aydınlığa qovuşmasına səbəb olub. Artıq norveçli futbolçu yeni klubunda tibbi müayinədən belə keçib. 27 yaşlı forvardın 2000-ci ildən başlayaraq “Valarenqa”, “Rusenborq”, “Valensiya”, “Roma”, “Beşiktaş”ın şərəfini qoruduğunu nəzərə çatdıraq.