`Barsa` ilk məğlubiyyətini aldı. VİDEO
`Barsa` ilk məğlubiyyətini aldı. VİDEO
İspaniya çempionatının növbəti turu arxada qalıb. Turu əlamətdar edən ötən il 6 titul qazanaraq unikal nəticəyə imza atan `Barselona`nın məğlubiyyəti oldu. Katalonlar Madriddə yerli `Atletiko`nun qonağı olublar. Cari mövsümdə primeroda məğlubiyyət üzünə `həsrət` qalan Qvardiolanın yetirmələri bu sezon ilk dəfə 1 oyunda xal qazanmadı.
Artıq 8-ci dəqiqə Forlan Reyesin ötürməsiylə hesabı açıb. 22-ci dəqiqədə isə Simao hesab arasındakı fərqi artırıb. Düzdü, az sonra İbrahimoviç vurulan qolların birinin əvəzini çıxıb. Lakin `Barsa`nın bundan artığına gücü çatmayıb.
Maraqlıdı ki, son 2 mövsümdə `Atletiko` öz meydanında katalonların qəniminə çevrilib. Son 2 oyunun hər birində Madrid klubu `Barsa`nın qapısından 4 qol keçirə bilib. Bu oyunla eyni zamanda Kike Floresin komandası `Barselona` üzərində ardıcıl 3-cü qələbəsini rəsmiləşdirdi.
`Barsa`nın ilk məğlubiyyəti