`Barsa` kubok qoymadı.VİDEO

single-news
20 Dek 2009

`Barsa` kubok qoymadı.VİDEO



Klublararası dünya çempionatı başa çatıb. Gözlənildiyi kimi, ispna klubu titular sahib çıxıb. Lakin, bu onlara elə də asan başa gəlməyib.  

`Barsa` ciddi rəqib kimi yanaşdığı `Estudiantes` katalonların yanılmadığını sübut etdi. Qarşılaşmaya hücumlarla başlayan Alexandro Sabelyanın yetirmələri fasiləyə yollanmasına bir az qalmış hesabı açdı. Mauro Boselli Puyol və Abidalla mübarizədən qalib ayrıldı.
Fasilədən sonra meydana çıxan Pedro əsl fenomenal nəticəyə imza ataraq çıxdığı bütün final qarşılaşmasında qol vurmağı bacardı. Maraqlıdı ki, qol ötürməsini müdafiəçi Pike verdi. Mənəvi üstünlük qazanan katalonlar, rəqibini penaltilərə bir neçə dəqiqə qalmış istəyinə çatdı. Leo Messi sağ cinahdan ötürməni sinəsiylə qapayaraq komandasının adını tarixə yazdırdı. Beləliklə, `Barsa` il ərzində qatıldığı 6 turnirin hamısını qalibiyyətlə qapataraq unikal nəticəyə imza atdı.  

 

`Estudiantes` (La-Plata, Argentina) - `Barselona` (İspaniya) - 1:2 (1:0, 0:1, 0:0, 0:1 əlavə vaxtda)
Boselli, 37 - Pedro, 89. Messi, 111
Estudiantes: Albil, Desabato, Kellay, Peres (Nunyes, 79), K.Rodriqes, Veron, Dias, Re (Roxo, 90+1), Boselli, Brana, Benites (Sançes, 76).
Barselona: V.Valdes, D.Alves, Pike, Puyol, Abidal, S.Keyta (Pedro, 46), Buskets (Yaya Ture, 79), Xavi, Messi, Anri (Ceffren, 83), İbrahimoviç.
Baş hakim: Benito Arçundiya (Meksika)

 

`Barsa` unikal rekordu belə qazandı..

 

Paylaş

// pop up