`Barsa` superkuboku `Real`a vermədi
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5411.jpg)
`Barsa` superkuboku `Real`a vermədi
İspaniya Superkubokunun cavab görüşü çərçivəsində iki əzəli rəqib - `Barselona` və `Real` klubları üz-üzə gəlib.
`Nou-Kamp`da baş tutan görüşdən sonra Superkubokun sahibi eyni qalıb.
Madriddə baş tutan ilk görüşdə qalib müəyyənləşməmişdi - 2:2. Cavab görüşü də olduqca dramatik məcrada keçib. İlk hissəni 1:2 hesabı ilə geridə başa vuran `Real` futbolçuları fasilədən sonra istədikləri qolu vura biliblər. Matçın 82-ci dəqiqəsində Kərim Benzema fərqlənib.
Çoxları oyunun əlavə hissəyə gedəcəyini düşünsə də, səhnəyə yenidən Lionel Messi çıxıb və görüşdə son nöqtəni qoyub - 3:2. Tarixi ərzində 5-ci dəfə İspaniya Superkubokunda qarşılaşan `Barselona` ilə qarşılaşan `Real` ilk dəfə əzəli rəqibinə məğlub olub.
Derbi yenə gərginliklə yadda qalıb. Oyuna əlavə edilən 3-cü dəqiqədə Marselonun `Barselona`nın yeni transferi Fabreqasa qarşı kobud oynamasından sonra ara qarışıb. İki komanda üzvləri arasındakı münaqişə təxminən 2 dəqiqə çəkib.
Matçın baş hakimi `Real`dan Marselo və Məsut Özilə, `Barselona`dan isə David Vilyaya qırmızı vərəqə göstərib. Bununla belə, baş hakim oyunu yenidən bərpa etməyə müvəffəq olub və görüş `Barelona`nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
18 avqust
İspaniya Superkubokunun cavab görüşü
`Barselona` - `Real` - 3:2 (ilk oyun - 2:2)
Qollar: İniyesta, 15 (1:0), Ronaldo, 20 (1:1), Messi, 45 (2:1), 88 (3:2), Benzema, 82 (2:2)