`Barsa` tarxində 4-cü dəfə

single-news
30 May 2011

`Barsa` tarxində 4-cü dəfə



Çempionlar Liqasında 2010/11 mövsümünə yekun vurulub. Londonun məşhur `Uembli` stadionunda keçirilən final matçında qitənin adlı-sanlı komandaları - İspaniyanın `Barselona` və İngiltərənin `Mançester Yunayted` klubları qarşılaşıb.

Macarı hakim Viktor Kaşşainin idarə etdiyi qarşılaşmada qapılara 4 qol vurulub. Hesabı 27-ci dəqiqədə Pedro Rodriges açıb. Buraxılan qoldan şoka düşən `qırmızı şeytanlar` çox keçmədən tarazlığı bərpa ediblər. 34-cü dəqiqədə Ueyn Runi fərqlənib.

Amma bu, ingilislərin oyunda vurduğu yeganə qol olub. Əvəzində `Barsa` rəqibini iki dəfə cəzalandırıb. İkinci hissənin əvvəllərində Lionel Messinin uzaq məsafədən zərbəsi dəqiq olub. 69-cu dəqiqədə Vilyanın vurduğu zərbə isə həm gözəl, həm də qarşısıalınmaz olub.

Bununla da `Barselona` tarixində 4-cü dəfə Çempionlar Liqasının ən güclü komandası olub.

Çempionlar Liqası
Final
28 may

`Barselona` (İspaniya) - `Mançester Yunayted` (İngiltərə) 3:1
Qollar: Pedro Rodriges, 27; Lionel Messi, 54; David Vilya,69 - Ueyn Runi, 34
Hakimlər: Viktor Kaşşai, Qabor Eros, Georgi Rinq, İştvan Vad.

Paylaş

// pop up