`Barsa` yenə `Arsenal`ı yola saldı

single-news
9 Mar 2011

`Barsa` yenə `Arsenal`ı yola saldı



UEFA Çempionlar Liqasında ilk iki 1/4 finalçısı müəyyənləşib. Londonda "Arsenal"a 1:2 hesabı ilə yenilən "Barselona" doğma azarkeşləri önündə sürprizə imkan verməyib. Kataloniya təmsilçisi hətta turnirlə erkən vidalaşma təhlükəsi ilə üzləşib. Belə ki, hesabı 45-ci dəqiqədə Lionel Messi açsa da, 53-cü dəqiqədə Serxio Busketsin avtoqolu komandanı çətin vəziyyətdə qoyub. 69-cu dəqiqədə Xavi Ernandes yenidən "Barsa"nı hesabda önə keçirib. Bu nəticə oyunun əlavə vaxta getməsi üçün yetərli olsa da, kataloniyalılar lazım olan qolu əsas vaxtda vurub. Belə ki, 71-ci dəqiqədə penaltidən dublunu rəsmiləşdirən Messi "Barselona"nı 1/4 finala aparıb.
Digər xoşbəxt isə "Şaxtyor" olub. Səfər oyununda "Roma"nı 3:2 hesabı ilə yenən ukraynalılar evdə də qələbə qazanıb. Mirça Luçeskunun yetirmələri bu dəfə rəqibi rusvay ediblər - 3:0.

Çempionlar Liqası
1/8 final
Cavab oyunları

8 mart
Barselona (İspaniya) - Arsenal (İngiltərə) 3:1
Qollar: Lionel Messi, 45; 71-pen. Xavi Ernandes, 69 - Serxio Buskets, 53 (avtoqol).

Şaxtyor Ukrayna) - Roma (İtaliya) 3:0
Qollar: Tomas Hübşman, 18. Villian, 58. Eduardo, 87.

Paylaş

// pop up