`Barsa` yenə zirvədə...
`Barsa` yenə zirvədə...
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) son 19 ilin ən güclü klublarının siyahısını açıqlayıb.
1991-ci ildən başlayaraq öz hesablamalarına əsasən planetin ən yaxşılarını müəyyənləşdirən qurum arxada qalan 19 ilin nəticələrini ümumiləşdirib. İFFHS-in bu dövr üçün olan siyahısına İspaniyanın `Barselona` klubu başçılıq edir.
Hesabında 807 xal olan kataloniyalılar ən yaxın izləyiciləri olan İngiltərənin `Mançester Yunayted` və İspaniyanın `Real` klublarını arxada qoya bilib. `Qırmızı şeytanlar` 726, `Kral klubu` 633 xal toplayıb.
Dünyanın 208 ən yaxşı klubu arasında Azərbaycan təmsil olunmayıb. Türkiyənin 4 nəhəng komandası isə hesabına xal yazaraq siyahıya düşə bilib. `Qalatasaray` 230 xalla 35-ci, `Fənərbaxça` 109 xalla 69-cu, `Beşiktaş` 68 xalla 92-ci, `Trabzonspor` isə 66 xalla 188-ci pillədə qərarlaşıb.