`Barsa`dan super Vilya transfer
20 May 2010
`Barsa`dan super Vilya transfer
`Barselona` mövsümün ilk supertransferini gerçəkləşdirib. Katalonlar İspaniya yığmasının və `Valensiya`nın forvardı David Vilyanı heyətinə qatdığını rəsmi saytı vasitəsiylə elan edib. Ulduz futbolçuyla 4+1 illik müqavilə imzalanıb. Vilya `Barselona`ya 40 milyon avroa başa gəlib. Futbolçu cümə axşamı Barselonaya gələrək, bundan bir gün sonra tibbi müayinədən keçəcək. Həmin gün yerli vaxtla 13.30, Bakı vaxtıyla 16.30-da, `Nou Kamp`da onun təqdimatı keçiriləcək. David Vilya `Barselona`da ildə 7,1 milyon avro qazanacaq.
Xatırladaq ki, 29 yaşlı forvard 2005-ci ildə `yarasa`lara `Saraqosa`dan transfer olunmuşdu.