`Barselona` dünya çempionudur

single-news
19 Dek 2011

`Barselona` dünya çempionudur



Yaponiyada keçirilən klublararası dünya çempionatı başa çatıb. Finalda İspaniyanın `Barselona` və `Santos` klubları qarşılaşıb.
Oyun `Barsa`nın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kataloniya klubunun heyətində Messi dubl edib, Xavi və Fabreqas hərəyə bir dəfə fərqlənib.
2009-ci ildə finalda Argentinanın `Estudiantes` klubunu yenərək (2:1) qalib adını qazanan `Barselona` tarixində ikinci dəfə kuboka yiyələnib.
Turnirin bürünc medallarına isə Qətərin `Əl-Sədd` klubu sahib çıxıb. Qətərlilər üçüncü yer uğrunda oyunda Yaponiyanın `Kaşiva Reysol` klubu ilə qarşılaşıb. Oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatıb və penalti seriyasında `Əl-Sədd` qalib gəlib - 5:3.

Paylaş

// pop up