Baş məşqçi istefa verdi!

single-news
25 Noy 2008

Baş məşqçi istefa verdi!



Azərbaycanın ən nüfuzlu klublarından olan "Xəzər-Lənkəran"da məşqçi dəyişikliyi baş verib.

Daha doğrusu sonuncu turda "Qarabağ"a məğlub olan adı çəkilən komandanın çalışdırıcısı Rasim Kara və köməkçiləri istefa verib. Cənub klubunun rəhbərliyi ilk öncə türkiyəlinin istefasını qəbul etməsə də Rasim bəyin israrından sonra istefa ərizəsi qəbul edilib.

"Xəzər-Lənkəran" Futbol klubunun rəsmi saytının yazdığına görə premyerliqanın 13-cü turunda "Simurq"la matça komandanı qapıçılarla işləyən məşqçi Hafiz Əliyev çıxaracaq.

Komandanın yeni baş məşqçisinin kimliyinə isə qış fasiləsində aydınlıq gələcək.    

Paylaş

// pop up