Baş məşqçi nə fikirləşir?
13 Fev 2009
Baş məşqçi nə fikirləşir?
Sabah premyerliqanın ikinci dövrəsi start götürür. `Qarabağ`ımız Suraxanı stadionunda `Bakılı`nı qəbul edəcək. Görəsən komandamız bu oyundan nə gözləyir? Komandamızın baş məşqçisi Qurban Qurbanov matçöncəsi saytımıza fikirlərini bildirdi:` İlk oyunlar həmişə çətin olur. Futbolu adlar oynamır. `Bakılı`nın çempionatdakı durumu bizi maraqlandırmır. Hər halda rəqibimiz bizdən xal almağa çalışacaq. Asan olmayacaq. Amma öz gücümüzə də inanırıq. İlk oyunu udub inam qazanmaq istəyirik. 2 ay yarım vaxt keçib. Futbolçuların motivasiyası çox önəmlidir. İnanıram ki, futbolçular peşəkarlıq nümayiş etdirib oyunu qələbə ilə başa çatdıracaqlar.`