BAŞ QOLLARI "QARABAĞ"I BAŞA ÇIXARDI (FUTBOL+, 24 FEVRAL,2005)

single-news
24 Fev 2005

BAŞ QOLLARI "QARABAĞ"I BAŞA ÇIXARDI (FUTBOL+, 24 FEVRAL,2005)



Maraqlıydı, görəsən "Bakı"yla əzmkar heç-heçə görəsən komandadakı ab-havaya təsir etmişdimi? Ötən turda cəzalanan Aslan Kərimovla Aqil Məmmədovun itkisi deyəsən təsirsiz ötüşməmişdi. Aparıcı oyunçulardan Samir Musayevin eytiyatda qalması da diqqəti çəkrdi. Görünür "Bakı"yla matçın taleyinin həllində bilavasitə iştirak edən Vüqar Nadirovun əzmkarlığı Ponomaryovun seçimində həlledici olmuşdu. Bununla belə, oyununu tapmaq üçün "Qarabağ"a 20 dəqiqə lazım gəldi... Qəhrəman Əliyev- "Şəmkir"in baş məşqçisi:Çempionluq uğrunda yarışan "Qarabağ"la müqayisədə biz tam fərqli vəzifənin öhdəsindən gəldik. Birinci dövrəylə müqayisədə rəqibi daha çox bəyəndim. Xüsusilə futbolçuların əzmkarlığı diqqəti çəkirdi. İqor Ponomaryov-"Qarabağ"- Ənənəsi olan rəqiblə mübarizə aparacağımızı bilirdim. Hesabı açmağımız yaxşı oldu. Rəqibi sürətdə üstələməyimiz isə digər qolları gətirdi.

Paylaş