BAŞLADI...
BAŞLADI...
Başladı. “Qarabağ” Futbol Klubu 20082009 mövüsümü hazırlığına artıq start verdi. Mayın 28-ində başa çatan XVI milli çempionatdan sonra verilmiş istirahət artıq başa çatdı. Bu gün saat 17:00-da Suraxanı qəsəbə stadionunda ilk məşqimiz baş tutdu. Bir gün öncə vətənindən geri dönmüş baş məşqçi Rasim Karanın başçılığı altında komandamızın ilk məşqi yetərincə uzun çəkib. Təxminən 2 saat yarım çəkən məşqdə uzun ayrılığa baxmayaraq futbolçularımızın hazır vəziyyətdə olması nəzərlərdən qaçmadı.
Məşqdə yerli futbolçuların hamısı iştirak edib. Yəni, komandada ötən mövsümdən zədəli heç kim qalmayıb. Komandanın legionerleri Viktor İgbekoyi və Mamadouba Soumah isə yaxın bir neçə gündə Bakıya dönəcək. Komandamızın yeni legioneri Artim Şakiri isə hazırlığa İyulun 1-ində Türkiyədə start götürən hazırlıq zamanı başlayacaq. Komandamıza qoşulacaq digər legionerlər isə böyük ehtimalla Türkiyə kampına gələcək. Amma yeni futbolçuların Bakıda ayın 29-na qədər davam edəcək hazırlığa qoşulması istisna deyil.
Xatırladaq ki, İyunun 29-na kimi komandamız hər gün 2 dəfə məşq keçməyi planlaşdırır. Bu müddətdə fiziki haırlığa üstünlük verəcək komandamız Bakıda yoxlama görüşü keçirməyi planlaşdırmır.