Başqan bir daha inan(dır)dı

Başqan bir daha inan(dır)dı
`Qarabağ`ımız Aprelin 6-sında `Neftçi` ilə qarşılaşacaq. Çempionluq üçün mübarizə aparan komandamızın bu vacib oyunöncəsində rəhbərlik ənənəvi dəstəyini hiss etdirib. Belə ki, klubumuzun başqanı Tahir Gözəl əhəmiyyətli görüşdən qabaq komandanı bir araya toplayıb. `Qarabağ`ımızın idari, texniki və inzibati heyətinin qatılımıyla yemək masası arxasında baş tutan görüş olduqca səmimi alınıb. Hər kəslə bir-bir salamlaşan başqan derbi öncəsi komandanın yanında olduğunu nümayiş etdirib. Tahir bəy komandanın son çıxışlarından danışıb. Və komadanın cari hədəflərini bir daha vurğulayıb. Çempionluğun `Qarabağ` camiəsi olduqca vacib olduğunu və komandanın sonda qızıl medalları boyunlarından asacağına inandığını bildirdi. Tahir bəy görüşdə iştirak edən hər bir şəxslə ayrılıqda söhbət etdi, personalların məsuliyyət daşıdığı görəvlərindəki problemlərlə maraqlandı. Sonda Tahir bəy bir daha Azərbaycanın ən möhtəşəm klub və komandasının başqanı olmasından duyduğu məmnuniyyəti ifadə etdi.