Başqan çempionluq istədi, baş məşqçimiz söz verdi

single-news
17 Dek 2012

Başqan çempionluq istədi, baş məşqçimiz söz verdi



`Qarabağ`ımız cari mövsüm qarşısına yüksək hədəflər qoyub. Hazırda ilk 3-lükdə qərarlaşan `Qarabağ`ımız uzun illərdir həsrətində olduğu çempionluğa qovuşmaq istəyir. Bu məqsədlə bütün `Qarabağ` camiəsi eyni  amal uğrunda sıx birləşib. Son dönəmlərdə uğurlu qrafik cızan `Qarabağ`ımızın rəhbərliyi komandanı ziyarət edib. `Qarabağ`ımızın vitse-prezidenti Tahir Gözel, `Azərsun Holdinq` şirkətlər qrupunun rəhbər heyətindən Fevzihan Aras  komandaya dəstək nümayiş etdirib . Yemək masası ətrafında səmimi söhbətdə Tahir bəy futbolçulara cari mövsüm ən yüksək hədəfi arzuladığını bildirib. Tahir bəy mövsümün sonunda çempionluq kubokunu baş üzərinə qaldırmağın gərəkdiyini bildirdi.
Bununla kifayətlənməyən Tahir bəy  komandamızın baş məşqçisi Qurban Qurbanovu yanına çağırıb. Öncə futbolçulardan hədəflərini soruşub. Çempionluq nidasını eşidən başqan Qurban Qurbanova çönüb mən də çempionluq istəyirəm, mənə çempionluq zəfəri lazımdır dedi. Qurban Qurbanov isə başqana çempionluq sözü verdi. Bu məqamda zalı bürüyən alqış sədaları mayda qazanılacaq zəfərin ilkin sədası idi...

 


 

 

Paylaş

// pop up