Başqan dəstəyini əsirgəmədi...

single-news
15 Mar 2010

Başqan dəstəyini əsirgəmədi...



Premyerliqanın və kubokun həlledici mərhələsi start götürür. Belə bir məqamda çempionluq və kubokda yolunda zirvə üçün mücadiləsini davam etdirən `Qarabağ`ımızda hər kəs hədəflərə köklənib. Daim `Qarabağ`ımızın ən həssas məqamlarında yanında olan, hərtərəfli dəstəyini əsirgəməyən klubumuzun vitse-prezidenti Tahir Gözel premyerliqanın final mərhələsinin ilk turunda qarşılaşdığmız `Bakı` matçından sonra komandanı ziyarət edib. Tahir bəy `Qarabağ`a inandığını, komandanın hər zaman ürəyi ilə vuruşduğunu bildiyini vuruğulamaqla artıq `Bakı`yla oyunda qeyd alınmış məğlubiyyətin unudulmasını istədi. `Qarabağ` bu il nadir hallarda məğlub olduğunu vurğulayan başqan mövsümün geridə qalan hissəsində futbolçuların öz kimliklərini ən yaxşı şəkildə ortaya qoyacaqlarına əmin olduğunu bildirib. Tahir bəyin ardınca danışan komandamızın çalışdırıcısı Qurban Qurbanov `Bakı`yla oyunun futbolda təsadüf edilən hallardan olduğunu və bəzən sərgilədikləri futbolun heç də istədikləri kimi alınmamasının qaçınılmaz olduğunu vurğulayıb. Qurban müəllim Tahir bəyə komandaya verdiyi dəstəyə görə öz təşəkkürünü bildirib. 

Ardınca kapitanımız Aslan Kərimov və Rəşad Sadıqov danışıb. Hər iki futbolçu `Bakı`yla oyunda  komandanın potensialının 50 faizini ortaya qoya bilmədiyini vurğulamaqla yanaşı bu məğlubiyyətdən dərs çıxardıqlarını və qarşıdakı oyunlarda uğur qazanmaq üçün ən yaxşısını etmək üçün çalışacaqlarını bildiriblər. Eyni zamanda `Xəzər-Lənkəran`la kubok oyununda `Qarabağ`ı növbəti mərhələdə görmək istəyən Tahir bəyə futbolçular tur sözü veriblər.

Paylaş

// pop up