Başqan inamı və ailə sevinci
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5178.jpg)
Başqan inamı və ailə sevinci
Daim `Qarabağ`ımızın yanında olan, komandanın hər günündə ona dəstək qalan klubumuzun vitse-prezidenti Tahir Gözel bu dəfə də ənənəsinə sadiq qalıb. Sabah komandamız derbidə `Neftçi` ilə üz-üzə gələcək. Son zamanlar komandamızın qeyi-qənaətbəxş çıxış etməsi turnir cədvəlində komandamızın heç də layiq olmadığı pillədə qərarlaşmasına səbəb olub. Daim komandaya həssasiyətiylə fərqlənən Tahir bəy bu dəfə də sevimli komandasını başına toplayıb.
Dünən axşam, məşqdən sonra komandanı sürpriz gözləyirdi. Belə ki, vacib görüş öncəsi Tahir bəylə futbolçuların görüşü tam fərqli məqamlarla yadda qaldı. Belə ki, futbolçularla görüşən Tahir bəy sözlərinə belə başladı:`Bu gün mən sizinlə futbol haqqın da danşmayacam. Hər dəfə futbolla danışırıq. Amma futbol heç də həyatımızın tək oyunu deyil.` Tahir bəy komandayla görüşdə həyatda var oluşlarının fərqinə varmalarının, niyə var oluşlarının dərkiylə həyatlarının, əldə etdiklərinin dəyərlərinə şükr etməli olduğunu bildirdi. Hər gün dünyanın inkişaf etdiyi bir məqamda insan olmanın ən vacib ünsür olduğunu vurğuladı. Geridə buraxdığımız hər bir günü əhəmiyyətini gələcəkdə axtarmamağımız üçün bu gün yaxşı, övlad, ata, ər, qardaş olmaq üçün çalışmaq, vuruşmaq lazım gəldiyini ifadə etdi.
Çox səmimi abu-havada keçən söhbətdə Tahir bəy hər nə qədər futbollla bağlı danışmayacağını bildirsə də, gülə-gülə onu da bildirdi ki, `Qarabağ` - `Neftçi` duelinin hər zaman onu həyəcanlandırır. Tahir bəy belə dedi:` Türkiyə mənim üçün bir matç var: `Qalatasaray` - Fənərbaxça. `Qalatasaray` - `Trabzonspor` və ya `Fənərbaxça` - `Beşiktaş` oyunu `Qalatasaray` - `Fənərbaxça` duelini əvəz edə bilməz. Mənim üçün sadəcə `Qarabağ` - `Neftçi` dueli `Qalatasaray` - `Fənərbaxça` oyunudur.
Qeyd etdiyimiz kimi, günün sürprizi bununla yekunlaşmadı. Bazamızda hazırlanmış yeməkdə Tahir bəylə komanda süfrə arxasında əyləşdi. Səmimi ortamda söhbətlər davam edirdi. Yemək zamanı maraqlı olay da yaşandı. Həmin gün 29-cu doğum gününü qeyd edən klubumuzun meneceri Asif Əsgərovu Tahir bəy yanına çağırdı və onu təbrik etdi. Tahir bəy komandadan Asifə nə təamı verilməsini soruşdu. `Ürək verin ki, ürəkli olsun` replikası hamı tərəfindən gülüşlə qarşılandı. Amma Tahir bəy komandanın arzusunu dəqiqliklə yerinə yetirdi. Tahir bəy süfrədə olan ürək kababından çəngəllə götürərək Asifə dadızdırdı. Başqanın bu hərəkəti komanda tərəfindən alqışlarla qarşılandı.
Beləliklə, bu səmimi görüş beləcə başa çatdı.