Başqan izlədi, baş məşqçimiz oynadı

single-news
2 May 2013

Başqan izlədi, baş məşqçimiz oynadı



Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 90 illik yubileyi münasibətiylə  Bakıda Azərbaycan veteranlarıyla Dünyanın sabiq ulduzları arasında yoxlama oyunu keçirilib.  `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov eləcədə köməkçiləri  Müşviq Hüseynov və Elxan Həsənov da Azərbaycan veteranlarının yığmasında forma geyinib.

`Qarabağ`ımızın vitse-prezidenti Tahir Gözəl də `Qarabağ`ımızın məşqçilərini tək buraxmayıb.  Başqan tribunadan oyunu izləyərək  Azərbaycan ulduzlarına dəstək verib.

Görüşdə yığmamızın heyətində Vəli Qasımov dubl edib, Samir Ələkbərov digər qolun müəllifi olub. Dünya ulduzlarından isə Azərbaycanın qapısını Arçil Arveladze 2, Duayt York 1 dəfə dəqiq nişan alıb.


AZƏRBAYCAN VETERANLARI – BEYNƏLXALQ VETERANLAR YIĞMASI - 3:3
QOLLAR: Vəli Qasımov, 23; 41, Samir Ələkbərov, 32 - Arçil Arveladze, 6; 55, Duayt York, 58
Bayıl stadionu

Azərbaycan veteranları: Camaləddin Əliyev, Elxan Həsənov, Dmitri Kramarenko, Əsgər Abdullayev, Şakir Qəribov, Asim Xudiyev, Əbdülqəni Nurməmmədov, Şahin Diniyev, İskəndər Cavadov, İqor Ponomaryov, Vaqif Sadıqov, Tərlan Əhmədov, Oqtay Abdullayev, Mehman Allahverdiyev, Vidadi Rzayev, Qurban Qurbanov, Samir Ələkbərov, Nazim Əliyev, Nazim Süleymanov, Arif Əsədov, Maşallah Əhmədov, Vəli Qasımov, Yaşar Vahabzadə, Asif Əliyev, Müşviq Hüseynov.
Məşqçilər: Ağasəlim Mircavadov, Səməd Qurbanov.

Beynəlxalq veteranlar yığması: Berti Foqts, Uli Ştayn, Dario Şimiç, Stepan Tomas, Edmar Bernardes Dos Santos, Bernd Şuster, Hakan Şükür, Duayt York, Abdullah Avcı, Rüştü Rəcbər, Andrey Kançelskis, Revaz Arveladze, Arçil Arveladze, Leonid Buryak, Aleksandr Çivadze, Andrey Ziqmantoviç, Vaqiz Xidiyatullin, Tengiz Sulakvelidze, Kaxaber Sxadadze, Nikolay Boqdanov.

Paylaş