Başqan komandamızı ziyarət etdi

single-news
17 İyl 2014

Başqan komandamızı ziyarət etdi



`Qarabağ`ımızın vitse-prezidenti Tahir Gözel daim komandaya mənəvi dəstəyini əsirgəmir. Uğurlu gündə də, uğursuz məqamda da komandanın yanında olan Başqan ənənəsinə yenə sadiq qalıb. Çempionlar Liqasının II təsnifat mərhələsində səfərdə `Valletta` ilə qarşılaşan komandamız görüşdən 1:0 qalib ayrılmışdı. Bakıya dönər-dönməz komandamız ilk məşqinə çıxıb. Və ilk məşqdəcə Tahir bəy komandanı ziyarət edib. Komanda üzvləriylə görüşən Başqan ilk oyundakı qələbə münasibətiylə futbolçuları təbrik edib. Qələbənin vacib olduğunu vurğulayan Başqan  hələ heç nəyin bitmədiyini vurğulayıb. 1:0-ın sürüşkən hesab olduğunu bildirsə də komandaya inandığını və sona qədər dəstəklədiyini bildirib. Komandanın növbəti tura çıxacağına əminliyini ifadə edən Tahir bəy komandaya inamını bir daha nümayiş etdirib. 

Paylaş

// pop up