Başqan komandaya sahib çıxdı

single-news
22 Apr 2010

Başqan komandaya sahib çıxdı



`Qarabağ` Futbol Klubunun `6`lıqda istənilən nəticələrinin alınmaması müzakirə mövzusudur. Təbii ki, uğursuzluğun aradan qalxması üçün onun səbəblərinin araşdırılması və gələcəyə baxmaq lazımdır. Belə məqamlarda bütünləşmək və dəstək böyük klublara xas olan xislətdir. Yaxşı və dar gündə `Qarabağ` Fubol Klubunun yanında olan klubun başqanı Tahir Gözel belə gündə də `Qarabağ`ı yalnız buraxmayıb. Klub başçısı futbolçularla toplantı keçirib. Onlarla söhbət edən, problemlərini dinləyən Tahir bəy futbolçulara inandığını, komandanın çətin günləri arxada qoyacağına şübhəsi olmadığı vurğulayıb. Klubumuzun direktoru Emrah Çelikel,  baş məşqçi Qurban Qurbanov, komandanın kapitanı Aslan Kərimov, eləcə də legionerimiz Admir Teli çıxış ediblər. Danışanlar `Qarabağ`ın toparlanacağını, qeyri-qənaətbəxş nəticələrinin səbəblərinin bəlli olduğunu və lazım gələndən də artıq fədakarlıq edəcəklərini bildirib. Aslan komanda adından Tahir bəyə verdiyi dəstəyə görə təşəkkür edərək geridə qalan matçlarda ancaq qələbə üçün meydana çıxıb ən pis halda avroliqaya vəsiqə qazanacaqlarını bildirib.

 

Paylaş

// pop up