Başqan ziyarətiylə...
Başqan ziyarətiylə...
`Qarabağ` Futbol klubunun hər bir uğurunun arxasında daim onu dəstəkləyən yönətimin olması şəksizdir. Məlumdur ki, klub rəhbərliyi daim komandanın yanında olmaqla prinsipial məqamlarda komandadan öz mənəvi dəstəyini əsirgəməyib. Belə görüşlərdən biri də bu gün baş tutdu. Klubumuzun vitse-prezidenti Tahir Gözel `Xəzər-Lənkəran`la kubok görüşü öncəsi işlərinin çox olmasına baxmayaraq komandayla görüşməyə imkan tapıb. Tahir bəy görüşə başlamamışdan öncə 18 il öncə Xocalı soyqırımında həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tahir bəy kubokda `Xəzər-Lənkəran`la matçöncəsi futbolçulardan qələbə gözlədiyini, `Qarabağ`ın artıq bütün turnirlərdə zirvəyə oynamaq dərəcədə böyüdüyünü bildirib. Bu baxından çempionluq uğrunda mübarizə ilə yanaşı kubokda da komandamızın sona qədər döyüşməsinin vacibliyini vurğuladı. Başqanımız hər 2 cəbhədə komandadan uğur gözlədiyini gizlətməyib. Sonda Tahir bəy komandaya hər 2 yolda uğurlar arzulayıb.
Tahir bəylə görüşdən dərhal sonra komanda Ağdama yola düşüb.