Başqanımız 17 yaşlıları ziyarət etdi
14 Fev 2011
Başqanımız 17 yaşlıları ziyarət etdi
`Qarabağ`ımızın `Qəbələ`ni darmadağın etdiyi oyuna komandamızın başqanı Tahir Gözel də şahidlik etdi. Tahir bəy oyunun ardından qardaşı Əhməd Gözellə birlikdə dərhal aşağı yaş qruplarımızın məşqini ziyarət etdi. Başqanımızı 17 yaşlıların məşqində aşağı yaş qruplarının koordinatoru Hemdi Serpil Tüzün qarşıladı. Tahir bəylə Hemdi Serpil Tüzün uzun müddət məşqi seyr etdilər, türkiyəli əfsanəvi uşaq məşqçisi Tahir bəyə uşaqlar barəsində bir-bir məlumat verdi. Sonra Tahir bəy yeniyetmə futbolçularla görüşdü. Gələcək futbolçuların alqışlarla qarşıladığı başqan bir-bir uşaqlarla görüşdü. Tahir bəy yeniyetmələrmizə onların sabahımız olduğunu bildirərək əllərinə düşən şansı yaxşı dəyərləndirilməsinin vacibliyini vurğuladı. Hemdi Serpil Tüzün faktoruna xüsusi qeyd edən Tahir bəy gənclərimizin tezliklə `Qarabağ`ın heyətində `Visla`lara, `Borussiya`lara qarşı oynamalarını arzuladığını söylədi. `Qarabağ`ın gənclərin komandasını olduğunu vurğuladı və tezliklə onları `Qarabağ`ın əsas komandasında görmək istədiyini bildirdi.
Bu səmimi görüş Tahir bəyin futbolçularla görüşməsiylə başa çatdı.
Bu səmimi görüş Tahir bəyin futbolçularla görüşməsiylə başa çatdı.