Başsağlığı

single-news
6 Noy 2012

Başsağlığı



Futbol üzrə Azərbaycan çempionatında faciə qeydə alınıb. U-17 liqasında keçirilən `Bakı` - `Qəbələ` matçında ölüm hadisəsi baş verib.

Belə ki, ilk yarının sonlarına yaxın `Qəbələ`nin  baş məşqçisi Eldəniz Süleymanovun səhhəti pisləşib. Tibbi personal onun vəziyyətinin ağır olduğunu görüb, təcili xəstəxanaya aparıblar. Amma infarkt keçirən 37 yaşlı mütəxəssisin həyatını xilas etmək mümkün olmayıb.

Mərhum 1975-ci il avqustun 29-da Naxçıvanda anadan olmuşdu. Futbolçu karyerası boyunca `Arsenal` (Tula), `Stroitel`, `Jemçujina` (hamısı Rusiya), `Azəri`, `Kəpəz`, `Araz`, AMMK və `Qəbələ` kimi klubların şərəfini qoruyub.

Süleymanov karyerasını `Qəbələ`də bitirib, burada da məşqçilik fəaliyyətinə başlayıb. O, Akademiyada U-17 komandasına rəhbərlik edirdi.

Mərhum 2 uşaq atası idi.

`Qarabağ` Futbol Klubu mərhumun yaxınlarına faciə ilə əlaqədar dərin hüzünlə başsağlığı verir.
Allah rəhmət eləsin!

Paylaş

// pop up