`Bavariya` İnter`dən mini-qisas aldı
`Bavariya` İnter`dən mini-qisas aldı
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.Ötən həftə artıq 4 cütdə tərəflər ilk görüşlərini keçirmişdi. İlk oyun günündə `Çelsi` səfərdə bu mərhələnin debutantı olan `Kopenhagen`lə qarşılaşıb. Meydan sahibləri asan rəqib olsa da, London klubunun son zamanlar Premyer Liqada uğursuz oyun sərgiləməsi danimarkalıların xeyrinəydi. Ancaq `Kopenhagen` bunu barmadı. İki cavabsız qol vuran ingilislər demək olar ki, cavab görüşünü formallığa çevirib. Lakin günün daha maraqlı görüşü `Lion` - `Real` arasında baş tutub. Hesabı 66-cı dəqiqədə qonaqlar açsa da, sonradan bərabərlik qolunu vuran fransızlar hər şeyin cavab görüşünə qalmasına imkan yaradıb.
Bu gün baş tutan görüşlərin əvvəlcədən maraqlı keçəcəyi gözlənilirdi. Ancaq nəhənglərin qarşılaşmasındakı səssizlik ikinci hissənin sonuna kimi davam edib. `Marsel` - `Mançester Yunayted` matçı qolsuz heç-heçəylə bitib. İkinci cütlüyün oyunu isə daha çox maraq doğurub. Ötən mövsüm Çempionlar Liqasının finalında üz-üzə gələn və rəqibini məğlub edərək, qızıl medallara sahib çıxan Milan klubu bu dəfə münhenlilərin öhdəsindən gələ bilməyib. Azarkeşlər qol görmək üçün 90-cı dəqiqəni gözləyib. Mario Qomesin vurduğu qol `Pivəçilər`ə qələbə qazandırıb. Bununla da `Bavariya` qismən də olsa `İnter`dən qisasını almış oldu. 2010-cu ilin Çempionlar Liqasının finalında `İnter` `Bavariya`nın kuboku qzanmasına imkan verməmişdi.