"BAVARİYA" - "ZENİT"... AVTOQOL... VİDEO

single-news
25 Apr 2008

"BAVARİYA" - "ZENİT"... AVTOQOL... VİDEO



Dünən futbolsevərlər iki maraqlı matçın şahidi olub. Qarşılaşmalardan biri Almaniyada baş tutub. “Bavariya” öz meydanında Rusiyanın “Zenit” komandasını qəbul edib.  66 min azarkeşin izlədiyi matçı Slovakiyadan olan hakim Lubos Mişel idarə edirdi. Oyunda hesab 18-ci dəqiqədə açıldı. Hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini keçmiş “Qalatasaray”lı, fransız futbolçu Frank Riberi yerinə yetirdi. Vurduğu ilk zərbədən sonra top qapı dirəyinə dəyərək geri döndü. Lakin futbolçunun topa təkrar zərbəsi dəqiq alındı. 1:0... Tərəflər fasiləyə bu hesabla yollandılar. Fasilədən sonra isə oyunda hesab dəyişdi. Lakin bu qolun vurulmasında “Zenit”li oyunçuların heç bir əməyi olmadı. Lucio 60-cı dəqiqədə topu öz qapısına göndərərək hesabı bərabərləşdirdi. 1:1...

FRANK RİBERİ 18`, LUSİO 60` (avtoqol)


Digər bir matç isə İsveçrədə “Reyncers”  - “Fiorentina” arasında baş tutdu. Lakin bu oyunda komandalar nə qədər çalışsalar da hesabı açmağa müvəffəq olmadılar. Oyun 0:0 hesabı ilə başa çatdı.   

Paylaş

// pop up