"BAVARİYA"NIN YENİ MƏŞQÇİSİ...
12 Yan 2008
"BAVARİYA"NIN YENİ MƏŞQÇİSİ...
"Bavariya"nın baş məşqçisi Ottmar Hitsfeldin mövsümün sonunda komandadan gedəcəyi barədə sizə xəbər vermişdik. Bu xəbər rəsmiləşdikdən sonra Münxen klubunun rəsmiləri yeni məşqçi axtarışına başladı və Hitsfelddən sonra komandaya kimi başçılıq edəcəyini müəyyənləşdirdilər. Bu, Almaniya yığmasının keçmiş çalışdırıcısı Yurgen Klinsman olacaq. Beləki,"Bavariya"nın rəsmi internet saytında yayılan xəbərlərə görə, artıq münxenlilər alman mütəxəssislə razılığa gəliblər və Klinsmann iyulun 1-də rəsmi olaraq komanda ilə müqavilə imzalayacaq. Məşqçiliyə Almaniya yığmasında başlayan Yurgenin ilk uğuru DÇ-2006-da oldu. Mundialı 3-cü olaraq başa vuran Klinsmann bundestimi tərk etdi. Onun "Bavariya"ya gətirilməsi Ottmar Hitsfeldi də sevindirib: "Artıq mənim getməyimə yarım mövsüm qalıb və buranı uöur qazanaraq tərk etmək istəyirəm. Bundan sonra inanıram ki, komanda yeni məşqçisinin rəhbərliyi altında da böyük uğurlara imza atacaq".